ADA EKOSİSTEMLƏRİ

dəniz və göl adalarının ekosistemləri.
ADA
ADA İQLİMİ
OBASTAN VİKİ
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Elsmir (ada)
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir. == Coğrafiyası == Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir.
Emerald (ada)
Emerald (ing. Emerald Isle) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxil olan ada. Hal-hazırda adada yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelizaveta adalarının qərbində, Melvill adasından 26 km, Şahzadə-Patrik adasından isə 27 şərqdə yerləşir. Adadan 24 km şimalda Fiçuilyam-Oven və Eyt-Bears adaları yerləşir. Adanın sahəsi 549 km², sahil xəttinin uzunluğu — 117 km təşkil edir. Onun uzunluğu (şərqdən qərbə) 36 km, maksimal eni 22 km-dir.
Farsi (ada)
Farsi adası (fars. جزیره فارسی‎) — Fars körfəzində İrana məxsus adalardan biridir.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. == Coğrafiyası == Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. == Coğrafiyası == Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Haiti (ada)
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Halmahera (ada)
Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada. == Coğrafiya == Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır. Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür. == Tarixi == Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi.
Hokkaydo (ada)
Hokkaydo (yap. 北海道), əvvəllər Eco — Yaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır. 1859-cu ilə qədər ada həmcinin Masuma feodal soyadına mənsub olmuşdur. == Coğrafiyası == Hokkaydo adası Yaponiyanın şimalında yerləşir. Onun yerləşdiyi enlik üzrə Avropa və Amerikada kifayət qəfər iri şəhərlər olmasına baxmayaraq burada demık olar ki, iri şəhərlər yoxdur. Adanı şimaldan soyuq Yapon dənizinin suları yuyur. Adanın ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Belə ku, tən ortasından dağ silsiləsi keçir. Bu silsilə adanı demək olar, ki coğrafi baxımından iki yerə bölür. Ən hündür zirvəsi Asahi dağıdır.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kapri (ada)
Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur. "Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər". "Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?" == Mavi mağara == == Məşhur sakinləri == Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar. Tiberi Aksel Munte Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Koburq (ada)
Koburq — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. 300 metr uzunluğa malikdir. Xüsusi ilə seçilən hündürlüyü yoxdur. Yayda buzdandan azad olur.
Komsomoles (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Komsomolets (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Kotelnı (ada)
Kotelnı (saxa Олгуйдаах арыы) — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dir. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) 074°52′18″ şm. e. 138°45′26″ ş. u.(339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilir. Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.
Kyuşu (ada)
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. == Coğrafiyası == Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Madaqaskar (ada)
Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsimnə görə dördüncü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587 040 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir.
Marqarita (ada)
Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir. Əhalisi 490 min nəfərdir (2011). == Coğrafiyası == Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir. == Tarixi == Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir.
Marqit (ada)
Marqit adası (Marqitsiqet; mac. Margit-sziget — Marqarita adası) — Budapeşt şəhərində yerləşən Dunay çayında ada. Ada, Macarıstanın paytaxtı Buda və Pestin iki hissəsi arasında şəhər mərkəzində yerləşir və cənubda Marqarita Körpüsü və şimalda Arpad körpüsü ilə birləşir. Adanın uzunluğu — 2,5 km, sahəsi — 0,965 km² təşkil edir. Adada tamamilə park salınmışdır , turistlər və şəhər sakinləri üçün bayramların keçiriləcəyi bir yer kimi tanınır. Adada termal su qaynaqlı bir neçə hotel var. Nəqliyyat vasitələrinin , taksi və avtobusların istifadəsi istisna olmaqla, daşınması qadağandır. == Tarixi == Macarıstanın kralı IV Bela , qızı Marqaretin monqol istilasından xilas olması vəziyyətində adanın əksər hissəsini işğal edən Dominikan monastırına bir fərman vermək üçün vəd vermişdi . İşğaldan qurtulduqdan sonra, sözünü yerinə yetirdi. Qızı 28 yaşında öldü.
Melvill (ada)
Melvill (ing. Melville Island) — Kanadanın şimalında yerləşən ada. Ada Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna aidir. İnzibati cəhət Nunavut və Şimal-Qərb ərazilərinə daxildir. Sahəsi 42,149 km² olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 33-cü yerdədir. Parri arxipelaqının ən iri adasıdır. Sahil xətdinin uzunluğu 3107 kilometrdir.. Vaykaunt-Melvill boğazı (eni 122 km) adanı Viktoriya (ada) və Stefansson adasından ayırır. Mak-Klur boğazı isə onu Banks adasından ayırır. Ada parçalanmış formaya malikdir.
Messi (ada)
Messi adası (ing. Massey Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). Adanın sahəsi 432 km², sahil xətdinin uzunluğu 113 km təşkil edir. Adanın uzunluğu (şərqdən qərbə) 46 km, maksimal eni (şimaldan cənuba) — 11,4 km. Adanın daxili platodan ibarətdir və burada hündürlük 100-210 metr arası dəyişir. Messi adası — Aleksandr, Messi, Vane, Kameron adaları arasında ən kiçiyidir. Vane adasından (şimaldan) 2 km eni olan Pirs boğazı, Baters adasından Erskin körfəzi, Melvill (ada)sından isə Bayam-Martin boğazı, Aleksandr adasından Boyer boğazı ayırır. Messi adasından cənub-qərbdə kiçik Mark (56 km²) adası yerləşir .
Mərkəzi ada
Mərkəzi ada və ya digər adı ilə Timsah adası — Keniyadakı Turkana gölünün ortasında yerləşən vulkanik bir adadır. Ada həmçinin Keniya Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunan Mərkəzi Ada Milli Parkının ərazisinə daxildir. Ondan çox krater və konusdan ibarətdir, bunlardan üçündə kiçik göllər yerləşir. İki ən böyük göl bir kilometr genişliyə və təxminən 80 m dərinliyə qədər olan kraterləri qismən doldurur. Əsasən bazaltdan ibarət olan adada ən yüksək nöqtə göl səthindən təxminən 190 m yüksəklikdə olmaqla 550 metr hündürlüyündədir. Kiçik bir partlayış kraterinin şərqdən qərbə uzanan zənciri 3 km enindədir və adanın şərq tərəfini kəsir. Cənub şərqdəki bir neçə kiçik ada qismən sualtında olan kraterlərə işarədir və adanın yaxınlığındakı göl səthinin altında digər konuslar və vulkan sütunları yatır. Adadakı ən gənc tuf və lavalar Holosenə aid ola bilər. 1974-cü ildə adadan ərimiş kükürdün və buxar buludlarının sıx emissiyası müşahidə edilmişdir.